Sizin arzu etdiyiniz rəng hansıdır?
Dünyadakı formal rənglərdən bezmisiniz? İnnovasiyalı, dramatik çalarlar ilə tam yeni bir rəng baxışı istəyirsiniz? Bizim Multicolor mərkəzlərimizdə sizin arzularınıza uyğun rəngləri kəşf edin. Bizim seçimlərimizdən və məhsul məlumatlarından istifadə edin!
Alətlər və vasitələr
- Rənglər İnterior və eksterior rəngləri Rəngarəng satış mərkəzlərimizə gəlmədən seçə bilməyəcəksiniz. Buraya gəldikdə belə seçməkdə çətinlik çəkəcəksiniz. Çünki 800 yeni və modern ana rəngdən ibarət olan kataloqumuzda özünüzü rənglər aləmində hiss edəcək və xəyala dalacaqsınız.
- Minolta Sizin evinizdə, bağınızda və ya başqa bir məkanda hər hansı bir yerin boyası tökülüb və ya divarın hər hansı bir dekorun rənginə uyğun olmasını istəyirsiniz və həmin boyanın rəngini heç bir yerdə tapa bilmirsiniz? Onda, sizin köməyinizə Minolta aləti gələcək. Bu alət vasitəsilə boyası tökülmüş yerdən bir parça və istədiyiniz dekoru yanınızda satış mərkəzlərimizə gətirərək həmin rəngi əldə edə bilərsiniz.
- Tinting Bütün rənglər xüsusi kodlarla və xüsusi makinalarda hazırlanır. Həmin makinalar (Tinting) və rəng piqmentləri İtaliyanın CPS Color firmasının məhsullarıdır. İstənilən rəng 3 dəqiqədən az bir zamanda hazırlanır və hazırlanma prosesi zamanı yalnız komputer beynindən istifadə olunur. Həmin komputer xüsusi Tinting proqramı vasitəsilə işləyir və həmin proqrama 16 000-dən çox rəng çaları daxildir.