Çərşənbə axşamı
24.06.2025
13:53
 

Məhsulun təqdimatı

Bizon Sintetik Taxta Qoruyucu Rəngli Lak yüksək keyfiyyətli alkid qətran əsaslı, tək komponentli, yüksək səthə nüfuz etmə qabilliyətinə malik, həşarat və atmosferin zərər verici amillərinə qarşı yüksək dayanıqlıq göstərən taxta qoruyucu lak. Ultrabənövşəyi şüa təsirinə dayanıqlıdır. Daxilindəki piqmentin özəl xassələri sayəsində taxtanın təbii görkəmini, damar və düyünlərini saxlayaraq rəngləyir və beləliklə çox effektiv təbii görünüş verir.


 

İstifadə olunacaq səhtlər və istifadə qaydaları

Bizon Sintetik Taxta Qoruyucu Rəngli Lak qorunması gərəkən taxta səthlərdə dekorativ və qoruyucu örtük olaraq istifadə olunur. Daxildə və xaricdə istifadə olunan taxta səthlərdə, qapı, pəncərələrə, taxta mebel və digər taxta örtüklərin rənglənməsində istifadə olunur. Istifadə zamanı səthin və ətraf mühitin temperaturu +5 +30ºC aralıqda olmalıdır. Bizon Sintetik Taxta Qoruyucu Rəngli Lakı 2-3 qat olaraq səthə çəkilməlidir. Yüksək penetrasiyanı təmin etmək üçün birinci qat üçün 30% sintetik həlledici ilə durulaşdırılmalıdır. İkinci və üçüncü qatlar üçün durulaşdırmağa gərək yoxdu.

Filim qalınlığı ve teoretik yayılma miqdarı

 

Ən az

Ən çox

Filim qalınlığı, quru (µm)

30

40

Filim qalınlığı, yaş (µm)

65

80

Teoretik yayılma miqdarı (m2/l)

13

10

 

 

Fiziki xassələri

Rəng                           Müxtəlif rənglər

Kütləcə qatı maddə   44±2

miqdarı (kütlə %)

Sıxlığı gr/sm3              0.90±2

Özlülüyü                     50±3

Parlaqlıq                    Parlaq


 

Səthin hazırlanması

Boyanacaq səth tozdan, kirdən və yağ qalıqlarından təmizlənməlidir. Yüksək görüntü effektləri əldə etmək üçün taxta öz təbii halına qədər sumbata kağızı ilə təmizlənməlidir.


 

İstifadə Metodları

Fırça                           Uyğundur.

Rulo                            Uyğundur.



Boya sərfi

1 lt Bizon Sintetik Taxta Qoruyucu Rəngli Lak 10-12m2 səthi boyamaq olar. Bu dəyər səthin əmiciliyinə görə dəyişə bilər.


 

Quruma zamanı

Quruma vaxtı əsasən hava şərtlərinə, filim qalınlığına ve atılan qat sayına bağlıdır. Aşağıdakı cədvəldə boyanın hava temperaturundan asılı olaraq təqribi quruma zamanı göstərilmişdir.

-   Boyanacaq ərazi yaxşı havalandırılmalıdır (Açıq hava və ya sərbəst hava dövretməsi).

-   Boya tövsiyyə edilən qalınlığda vurulmalıdır.

-  Qalınlıq filim üzərinə vurulacaq qatların sayı nəzərə alınaraq vurulmalıdır.

Normal hava şərtlərində üst qat olaraq 3-4 saata, son quruma olaraq 24 saata quruyur. 2-3 cü qat çəkilməsi üçün arada 24 saat intervar gözlənilməlidir.

 

 

Saxlama şərtləri

Boya quru, sərin, yaxşı havalandırılmış və yüksək temperatur və qığılcım çıxma etimalı olmayan depolarda saxlanmalıdır. Boya qapağı açılmamış halda orijinal qabında saxlanılmalıdır.


 

İstifadə etmədən qabaq yaxşı qarışdırılmalıdır.

 

 

Qablaşdırılma şəkli

0.75lt lik  dəmir qablar


 

Sağlıq və təhlükəsizlik qaydaları

Qabın üzərində göstərilən qaydalara riayət edin. Yaxşı havalandırılmış və yüksək temperatur və qığılcım çıxma etimalı olmayan depolarda saxlayın. Yaxşı havalandırılan ərazilərdə istifadə edin. İstifadə zamanı dəriylə təmas olmuşdursa uyğun həlledici ilə sonra su və sabunla yuyulmalıdır. Gözə düşdüyündə bol suyla yuyulub gərək olduğunda tibbi müdaxilə olunmalıdır.



Taxta qoruyucu rəngləri







                                                                                                                                                                                                

Bölmələr

Su bazlı [15]
Sintetik [7]
Sellülozik [1]

Axtarış
ColorMİX
Partnyorumuz

"Dübəndi" firması, Bakı şəhəri, Badamdar şossesi 27

 Tel: (99412) 510 52 34 (99412) 438 56 90        Faks: (99412) 510 11 69 Email:office@dubendi.com

Ünvan

Bütün hüquqlar qorunur. Sayt Hacı Eynar tərəfindən düzəldilib. "Fosfor boya-kimya sənaye,mühəndislik" © 2010
  Бесплатный конструктор сайтовuCoz